Slimfit
  1. AZƏRBAYCAN

Nazirlik rəsmisi: "Badamdarda baş vermiş sürüşmə sahəsindəki vəziyyət fasiləsiz nəzarətdə saxlanılır"

Nazirlik rəsmisi: "Badamdarda baş vermiş sürüşmə sahəsindəki vəziyyət fasiləsiz nəzarətdə saxlanılır"
Sakura

Nazirlik rəsmisi: "Badamdarda baş vermiş sürüşmə sahəsindəki vəziyyət fasiləsiz nəzarətdə saxlanılır"

Bakının Badamdar qəsəbəsində baş verən sürüşmə sahəsindəki vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) tərəfindən fasiləsiz nəzarətdə saxlanılır.

Bu barədə "Report"a ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O, qeyd edib ki, nazirliyin əməkdaşları hadisə yerindədir və ərazini daim nəzarətdə saxlayırlar: "ETSN tərəfindən hər 8 saatdan bir sürüşmə zonası ilə bağlı məlumat veriləcək. Əhalini, təşkilatları xəbərdar edəcəyik".

Qeyd edək ki, Badamdar-20-ci sahəni birləşdirən yolda (Bayıl şossesi) yaranmış sürüşmə təhlükəsi ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları bu gün ərazidə tədqiqatlara başlayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR