Slimfit
  1. AZƏRBAYCAN

Nazirlik odun tədarük edilə biləcək yerləri açıqladı

Nazirlik odun tədarük edilə biləcək yerləri açıqladı
Sakura

Nazirlik odun tədarük edilə biləcək yerləri açıqladı

 Qazlaşdırılmamış ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün planlaşdırılan oduncağın tədarükü davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Xəlil Ramazanov Oxu.Az-a açıqlamasında bildirib ki, Regional Meşə Təsərrüfatı mərkəzləri artıq hər bir bölgə üzrə tədarük olunan odunun dəyərinin ödənilməsi şərtilə təyin edilmiş ünvanlarda odun satışını həyata keçirir.

“Tədarük olunmuş oduncaq ilk növbədə qazlaşdırma işləri başa çatdırılmamış yüksək dağlıq ərazilərdə yaşayan əhaliyə verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ehtiyacı olan vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən indidən Zaqatala, Şəki, Qəbələ, İsmayıllı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir və Göy-Göl Regional meşə təsərrüfatı mərkəzlərinə müraciət etməyi tövsiyə edir”, - o qeyd edib.

X.Ramazanovun sözlərinə görə, bu işdə yerli icra nümayəndəliklərinin və bələdiyyələrin köməyi və dəstəyi də zəruridir, oduna ehtiyacı olanların onlar tərəfindən dəqiq olaraq müəyyənləşdirilməsi çox vacibdir.

Odun yanacağı əldə etmək istəyən vətəndaşlar müraciət, təklif və şikayətlə bağlı ETSN tərəfindən müəyyən edilmiş 050-375-40-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR