Slimfit
  1. AZƏRBAYCAN

Nazirlik: Müharibə əlillərinin sosial müavinət və təqaüdləri ciddi şəkildə artırılır

Nazirlik: Müharibə əlillərinin sosial müavinət və təqaüdləri ciddi şəkildə artırılır
Sakura

Nazirlik: Müharibə əlillərinin sosial müavinət və təqaüdləri ciddi şəkildə artırılır

Azərbaycanda müharibə əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və "Çernobıl" AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanların da sosial müavinət və təqaüdlərinin ciddi şəkildə artırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) "Report"a verilən məlumata görə, sosial müavinətin məbləği I qrup əlilliyə görə müharibə əlilləri üçün 101 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və "Çernobıl" AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 94 manatdan - 150 manata, Prezidentin aylıq təqaüdünün məbləği isə həmin vətəndaşlar üçün 182 manatdan 250 manata çatdırılır. Eyni zamanda, həmin insanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü kimi 50 manat təqaüd təsis olunur.

Beləliklə, sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən vəsait I qrup müharibə əlilləri üçün 60 faiz artırılmaqla 283 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və "Çernobıl" AES-də hərbi xidmətlə əlaqədar I qrup əlilliyi olanlar üçün isə 276 manatdan 450 manata çatdırılır.

Qeyd olunan kateqoriyalardan olan II qrup əlilliyi olanların sosial müavinəti 81 manatdan 130 manata, həmin şəxslər üçün Prezidentin aylıq təqaüdü 158 manatdan 230 manata, nəticə etibarilə onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait 239 manatdan 360 manata çatdırılır.

III qrup əlilliyə görə sosial müavinətin məbləği müharibə əlilləri üçün 73 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və "Çernobıl" AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 61 manatdan 110 manata, Prezidentin aylıq təqaüdü 121 manatdan 210 manata, onlara sosial müavinət və təqaüd formasında dövlət tərəfindən ödənilən ümumi vəsait isə 194 manatdan, hərbi xidmət vəzifəsini yerinə yetirməklə və "Çernobıl" AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olanlar üçün 182 manatdan 320 manata çatdırılır.

Qeyd olunan artımlar cari il aprelin 1-dən tətbiq olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR