Slimfit
  1. CƏMİYYƏT

Nazirlik: Kredit alan ailələrə də ünvanlı sosial yardım veriləcək

Nazirlik: Kredit alan ailələrə də ünvanlı sosial yardım veriləcək
Sakura
:0

Nazirlik: Kredit alan ailələrə də ünvanlı sosial yardım veriləcək

"Ünvanlı sosial yardım haqqında" qanuna təklif edilən yeni dəyişikliyə əsasən, artıq adında pul krediti olan ailələr də ünvanlı dövlət sosial yardımdan yararlana biləcəklər.

Ens.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, hazırda müraciət edən ailənin son bir il ərzində götürdüyü kredit onun gəliri hesab olunur:

"Bu, bir çox hallarda ailələrin sosial yardım ala bilməməsinə səbəb olurdu. Yeni dəyişikliklərə əsasən isə kreditlər ünvanlı sosial yardım təyin edilərkən heç bir halda nəzərə alınmayacaq".

Qeyd edək ki, "Ünvanlı sosial yardım haqqında" qanuna təklif edilən yeni dəyişikliklər layihəsi Nazirlik tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR