Dərc edildi: Baxış sayı: 496
Nazirlik imkansız köçkün ailəsinin köməyinə çatdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kəlbəcər rayonundan məcburi köçkün düşən, Bakının Buzovna qəsəbəsində məskunlaşmış, 22 aprel 1991-ci il təvəllüdlü Həsənov Vüsal İmaddin oğlunun ailəsinin maddi durumunun çətin olması ilə bağlı müraciətini araşdırıb.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb. Onun sözlərinə görə, nazirlik əməkdaşları ailənin yaşadığı ünvana gedərək onların durumu ilə tanış olublar.
Müəyyən edilib ki, ailənin başçısı Vüsal Həsənov hazırda II qrup əlilliyə görə aylıq 61 manat, ailənin ikinci övladı Allahverdi Həsənov isə sağlamlıq imkanları məhdud olduğuna görə 82 manat sosial müavinət alır.
Eyni zamanda ailə son iki ildə ünvanlı sosial yardımla (aylıq 140 manat) təmin olunub. Lakin yardımın verilmə müddəti bu ay bitdiyinə görə ailəyə yenidən sosial yardım təyin olunması üçün elektron müraciət edilməsində texniki köməklik göstəriləcək. Bunun üçün uşaqların anası İlahə Həsənova notariat orqanından ailəni təmsil etməsi barədə sənəd aldıqdan sonra nazirliyin əməkdaşlarının texniki köməkliyi ilə müraciət edəcək.
Qeyd olunub ki, videomüraciəti yayılan Fuad Buzovna qəsəbəsi 32 saylı orta məktəbdə təhsil alır. Fuad və qardaşının yeni dərs ilinə hazırlığı ilə bağlı xərclərin qarşılanması üçün ailəyə (ailənin maddi vəziyyəti və tərkibində fiziki məhdudiyyətli şəxslər olduğu nəzərə alınaraq) nazirlik tərəfindən birdəfəlik maddi yardım veriləcək.
Bundan başqa, Xəzər rayon Məşğulluq Mərkəzinə ailənin əmək qabiliyyətli üzvü İlahə Həsənovanın əmək bacarıqları müqabilində işlə təminatı, həmçinin ailənin kiçik təsərrüfatını qurması üçün potensialı olduğu halda özünüməşğulluq proqramına cəlb edilməsi tapşırılıb.

Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət