Slimfit
  1. CƏMİYYƏT

Nazirlik iki şəhid yaxınının təhsil haqqını ödədi

Nazirlik iki şəhid yaxınının təhsil haqqını ödədi
Sakura

Nazirlik iki şəhid yaxınının təhsil haqqını ödədi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2 şəhid yaxınının təhsil haqqını ödəyib.

Bu barədə Azvision.az -a aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova məlumat verib.
Onun sözlərinə görə, Aprel şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Şahin Cavadzadənin Bakı Biznes Universitetində təhsil alan bacısı Firuzə Cavadzadənin və Aprel şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Pəncəli Teymurovun Lənkəran Dövlət Universitetində oxuyan qardaşı oğlu Cahan Teymurovun təhsil haqları nazirlik tərəfindən ödənilib.

"Şəhid ailələrinin çətinlik çəkməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə edilən müraciətimizə müsbət cavab verildi və hər iki tələbənin təhsil haqqı nazirlik tərəfindən ödənildi".


(Xüsusi Təyinatlı Qüvvələrin giziri Şahin Cavadzadə)


(Xüsusi Təyinatlı Qüvvələrin giziri Pəncəli Teymurov)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR