Slimfit
  1. CƏMİYYƏT

Nazirlik ayının heyvanlara hücumu ilə bağlı məlumat yaydı

Nazirlik ayının heyvanlara hücumu ilə bağlı məlumat yaydı
Sakura

Nazirlik ayının heyvanlara hücumu ilə bağlı məlumat yaydı

Quba rayonunda ayının kəndə hücum etməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, rayonun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı İşçi Qrup yaradılıb.

ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.

Qeyd edək ki, ötən gün gecə saatlarında Küsnətqazma kəndində altı baş inək ayının hücumuna məruz qalıb. Heyvanlardan üçü ölüb, üçü isə yaralıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR