Slimfit
  1. AZƏRBAYCAN

Nazirlik Avtomobil Yolları Dövlət Agentliyini cərimələyib

Nazirlik Avtomobil Yolları Dövlət Agentliyini cərimələyib
Sakura

Nazirlik Avtomobil Yolları Dövlət Agentliyini cərimələyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeçiliyində olan “Bakı 6 №-li Yol İstismarı” MMC-ni 20 min manat cərimələyib.

"Report"un xəbərinə görə, MMC İnzibati Xətalar Məcəlləsinin 237.2-ci (Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə) təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər üçün 20 min manatdan 25 min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Sabunçu Rayon Məhkəməsinin qərarından “Bakı 6 №-li Yol İstismarı” MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR