Slimfit
  1. CƏMİYYƏT

Nazirlik: Apteklərdə vitamin və hərarət salıcı dərmanların qıtlığı yoxdur

Nazirlik: Apteklərdə vitamin və hərarət salıcı dərmanların qıtlığı yoxdur
Sakura

Nazirlik: Apteklərdə vitamin və hərarət salıcı dərmanların qıtlığı yoxdur

“Antiviral dərmanların ev şəraitində müalicəsi tövsiyə olunmur”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov deyib ki, vətəndaşlarımız özbaşına müalicə ilə məşğul olmasınlar: “Vitaminlər və mikroelementlərin yüngül yoluxmuş şəxslərə çatdırılması təmin olunur”.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri qeyd edib ki, apteklər biznes fəaliyyəti ilə məşğul olur: “Səhiyyə Nazirliyi müəyyən dərmanların daha çox gətirilməsini tövsiyə edir. Mən brifinqə gələnə qədər 2-3 aptekdə oldum, o apteklərdə vitamin və hərarət salıcı dərmanların qıtlığı yox idi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR