Slimfit
  1. SİYASƏT

Nazirlər Kabinetinin yanında qərargah: İrandan gələn şəxslərin müayinəsi üçün FHN-in çadırlardan ibarət səyyar hospitalları yaradılır

Nazirlər Kabinetinin yanında qərargah: İrandan gələn şəxslərin müayinəsi üçün FHN-in çadırlardan ibarət səyyar hospitalları yaradılır
Sakura

Nazirlər Kabinetinin yanında qərargah: İrandan gələn şəxslərin müayinəsi üçün FHN-in çadırlardan ibarət…

Koronavirus təhlükəsinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin yanında qərargahdan APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin yanında yaradılmış qərargahın qəbul etdiyi qərara əsasən İran İslam Respublikası ilə sərhəd–keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

İlkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan  yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər  həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Nazirlər Kabinetinin yanında qərargah nəzərə çardırır ki, Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanılır, əhali bu istiqamətdə görülən işlər barədə müntəzəm qaydada məlumatlandırılacaq.

Qeyd edək ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR