Slimfit
  1. SİYASƏT

Nazirlər Kabinetinin bu Qərarından dəyişiklik edildi

Nazirlər Kabinetinin bu Qərarından dəyişiklik edildi
Sakura

Nazirlər Kabinetinin bu Qərarından dəyişiklik edildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarında dəyişiklik edilib.  

Dəyişikliyə əsasən; 

1. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı”na aşağıdakı məzmunda 73-cü hissə əlavə edilsin: “73. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”.  

2. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavə - “Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı”na aşağıdakı məzmunda 24-38-ci hissələr əlavə edilsin:  

“24. Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar  

25. Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları  

26. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti  

27. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti  

28. “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti  

29. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti  

30. Dövlət Avtomobil Nəqliyyatı Xidməti  

31. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi  

32. “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti  

33. “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti  

34. “AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti  

35. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri  

36. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri  

37. Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri  

38. Yanacaqdoldurma məntəqələri”. 

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR