Slimfit
  1. CƏMİYYƏT

Nazirlər Kabineti rəsmisindən koronavirusla mübarizə üçün toplanan vəsaitlə bağlı AÇIQLAMA

Nazirlər Kabineti rəsmisindən koronavirusla mübarizə üçün toplanan vəsaitlə bağlı AÇIQLAMA
Sakura

Nazirlər Kabineti rəsmisindən koronavirusla mübarizə üçün toplanan vəsaitlə bağlı AÇIQLAMA

“Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 113 milyon manat vəsait toplanıb”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədovun sözlərinə görə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti hələ xərclənməyib.

“Dövlət hər cür vəsait ayırıb. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva üç yeni modul tipli xəstəxananın açılışında iştirak ediblər. Bu, koronavirusla mübarizədə səhiyyə infrastrukturunu möhkəmləndirir. Ehtiyac olarsa, İctimai Nəzarət Şurasının nəzarəti altında bu vəsaitdən istifadə olunacaq”, - deyə, NK rəsmisi əlavə edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR