Slimfit
  1. AZƏRBAYCAN

Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib

Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib
Sakura

Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar qəbul edib. 

Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən  “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilir:

1. 0207.11.100.0, 0207.11.300.0, 0207.11.900.0, 0207.12.100.0, 0207.12.900.0, 0207.13.100.0, 0207.13.200.0, 0207.13.300.0, 0207.13.400.0, 0207.13.500.0, 0207.13.600.0, 0207.13.700.0, 0207.13.910.0, 0207.13.990.0, 0207.14.100.0, 0207.14.200.0, 0207.14.300.0, 0207.14.400.0, 0207.14.500.0, 2 0207.14.600.0, 0207.14.700.0, 0207.14.910.0, 0207.14.990.0, 0407.11.000.0, 0407.21.000.0, 0407.90.100.0, 0407.90.900.0, 0702.00.000.0, 0703.10.190.0, 0703.10.900.0, 0707.00.050.0, 0707.00.900.0, 0802.21.000.0, 0802.22.000.0, 0806.10.100.0, 0806.10.900.0, 0808.10.100.0, 0808.10.800.0, 0808.30.100.0, 0808.30.900.0, 0810.70.000.0, 2009.12.000.0, 2009.21.000.0, 2009.31.110.0, 2009.31.190.0, 2009.31.510.0, 2009.31.590.0, 2009.31.910.0, 2009.31.990.0, 2009.41.920.0, 2009.41.990.0, 2009.50.100.0, 2009.50.900.0, 2009.61.100.0, 2009.61.900.0, 2009.71.200.0, 2009.71.990.0, 2202.99.190.1, 2202.99.190.2, 2508.10.000.0, 2520.10.000.0, 2523.10.000.0, 2523.29.000.0, 2523.30.000.0, 2523.90.000.0, 6809.11.000.0, 6809.19.000.0, 6810.11.100.0, 6810.11.900.0, 6810.19.000.0, 6901.00.000.0, 6902.10.000.0, 6902.20.100.0, 6902.20.910.0, 6902.20.990.0, 6902.90.000.0, 6904.10.000.0, 6907.21.100.0, 6907.21.900.0, 6907.22.100.0, 6907.22.900.0, 6907.23.100.0, 6907.23.900.0, 6907.30.100.0, 6907.30.900.0, 6907.40.100.0 və 6907.40.900.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15.12.2019-cu il” sözləri “31.12.2021-ci il” sözləri ilə əvəz edilib. 

2. 0405.10.110.0, 0405.10.190.0, 0405.10.300.0, 0405.10.500.0, 0405.10.900.0, 0405.20.100.0, 0405.20.300.0, 0405.20.900.0, 0405.90.100.0 və 0405.90.900.0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “31.12.2019-cu il” sözləri “31.12.2021-ci il” sözləri ilə əvəz edilib.

qərarın birinci hissəsinə əsasən, quş əti, qida və damazlıq yumurta, meyvə tərəvəz (pomidor, soğan, fındıq, alma, təzə üzüm, xurma) meyvə-tərəvəz şirələri, sement və sement klinkeri, gips, kərpic, alçipan, kafel və metlaxın idxalına tətbiq edilən spesifik rüsumların vaxtı 2021-ci ilin sonunadək uzadılır. Bu da sadalanan məhsulları istehsal edən yerli sahibkarlar üçün əlverişli daxili bazar şərtləri formalaşdırır. 

Qərarın ikinci hissəsi isə istehlakçı maraqlarını qoruyur və daxili bazarda kərə yağının qiymətinin sabit qalmasını təmin edir. Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə təbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR