Dərc edildi: Baxış sayı: 491
Nazirlər Kabineti: Azərbaycana hər həftə çarter reysləri təşkil oluna bilər
“Belə bir fikir var ki, hər həftə Azərbaycana çarter reysləri təşkil olunsun. Təlimatlara görə, əgər gələnlər arasında koronavirusa yoluxan və ya şübhəli olanlar olarsa, onlar ayrıca otaqlara yerləşdirilməli idilər”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Operativ Qərargahın əsas qaydalarından biri ölkənin xaricində olan Azərbaycan vətəndaşlarının Vətənə gətirilməsidir”, - İ.Məmmədov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət