Slimfit
  1. DÜNYA

Nazirdən inanılmaz: Söyüş insan üçün xeyirlidir

Nazirdən inanılmaz: Söyüş insan üçün xeyirlidir
Sakura

Nazirdən inanılmaz: Söyüş insan üçün xeyirlidir

Ukraynanın Səhiyyə naziri Ulyana Suprun hesab edir ki, müəyyən hallarda söyüşdən istifadə etmək söyən adamın sağlamlığına müsbət təsir göstərə bilər.

BBC-nin məlumatına görə, nazir bu sözləri deputat Olha Bohomoletsin təklif etdiyi yeni qanun layihəsini şərh edərkən deyib.

Həmin qanun layhəsinin məqsədi ictimai xadimlərin media vasitələrində söyüşdən istifadə etmələrinin qarşısını almaqdır. Təklif olunan qanun layihəsində televiziya vasitəsiylə və ya ictimaiyyət qarşısında çıxışlar zamanı söyüş işlədilməsinə görə 1275 Ukrayna qrivnası məbləğində ($49) cərimə nəzərdə tutulur.

Lakin doktor Suprun hesab edir ki, ekstremal vəziyyətlərdə "söyüşdən istifadə etmək insanların bir-birinə yaxın olduğundan və onların arasında yaxşı emosional əlaqələrin qurulmasından xəbər verir".

O, əlavə edib ki, insanlar ədəbsiz sözlərin işlədilməməsindən daha çox aqressiv hisslərə qapılmamaq barədə düşünməlidirlər.

Səhiyyə nazirinin Feysbuk səhifəsindəki postuna 21000-dən çox reaksiya bildirilib.

Ən populyar şərhlərdən biri 2700-dən çox izləyici tərəfindən bəyənilib.

Həmin şərhdə deyilir ki, Olha Bohomolets görünür, Suprunun postunu oxuyandan sonra söyüş söyüb.

Qeyd olunan qanun layihəsinin yalnız ictimai fiqurları hədəfə almasına baxmayaraq, sosial şəbəkələrdəki istifadəçilərin çoxu qəbul ediləcəyi halda həmin qanunun gündəlik həyatı necə dəyişəcəyinə dair zarafatlaşıblar.

Yevhen Halahan sual edib ki, söyüş işlətmədən "Ukraynadakı həyatı necə təsvir etmək olar?"

Bir çox digər istifadəçilər isə söyüş söymək üçün müəyyən yerlərin ayrılmasını təklif ediblər.

Jurnalist Yevhen Mucıri isə ofislərdə, restoranlarda və digər ictimai yerlərdə "söyüş otaqlarının qurulmasını" təklif edib.

Söyüş əleyhinə qanun layihəsi hazırda parlament komitəsində baxışdadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR