Slimfit
  1. AZƏRBAYCAN

Nazirdən daha bir rəis təyinatı

Nazirdən daha bir rəis təyinatı
Sakura

Nazirdən daha bir rəis təyinatı

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir rəislə bağlı əmr imzalayıb. Nazirin əmri ilə Şəki Rayon-Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək paytaxtın Nəsimi Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Bundan əvvəl isə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Musa Musayev isə Binəqədi Rayon Polis İdarəsinə rəis göndərilmişdi.

Binəqədinin rəisi Namiq İsmayılov isə yaş həddinə görə təqaüdə göndərilib.

Qeyd edək ki, son günlər nazir polis rəislərinin yerinin dəyişdirilməsi və onların sərəncama götürülməsi ilə bağlı intensiv əmrlər verib.

 

Mənbə: Faktxeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR