Slimfit
  1. AZƏRBAYCAN

Nazirdən Cəfər Cabbarlının ev muzeyi ilə bağlı açıqlama

Nazirdən Cəfər Cabbarlının ev muzeyi ilə bağlı açıqlama
Sakura

Nazirdən Cəfər Cabbarlının ev muzeyi ilə bağlı açıqlama

“C.Cabbarlının ev muzeyi dövlət balansında olmadığı üçün biz binanın taleyini ailə yaxınları ilə müzakirə edirik”.

Publika.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, C. Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil: "Həmin ev C.Cabbarlının ailəsi tərəfindən özəlləşdirilib. Bu müddət ərzində binanın təmir-bərpa işləri üçün zəruri tədbirlər həyata keçirilmədiyi üçün bina daha yararsız hala düşüb. Lakin binanın dövlət hesabına təmiri üçün o yalnız dövlət balansında olmalıdır. 2012-ci ildə bina tam yararsız hala düşdüyü üçün binadakı əmlak teatr muzeyinə köçürülüb. Biz bu məsələni ailəsi ilə müzakirə etmişik. Ailə istəyir ki, o evin yerində yeni ev tikilsin və evin birinci mərtəbəsi C.Cabbarlının ev muzeyi edilsin. Bu təcrübə mövcuddur. Ə.Əzimzadənin də ev muzeyinin hazırlanması bu şəkildə aparılıb. Biz özümüz də həmin binanın vəziyyətindən narahatıq. Çünki Mədəniyyət nazirliyinin səlahiyyətində binanı tikmək, dağıtmaq yoxdur. Aidiyyatı orqanlar və mütəxəssislər araşdırma aparmalı və hansı istiqamətdə işlərin görülməsinə rəy verməlidir. Ümid edirəm ki, C.Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR