Slimfit
  1. AZƏRBAYCAN

Nazir və müavinləri qəbul keçirəcək

Nazir və müavinləri qəbul keçirəcək
Sakura

Nazir və müavinləri qəbul keçirəcək

İqtisadiyyat naziri Şahin Mustafayev sabah saat 11:00-dan etibarən Tovuzda (Məşhədi Əzizbəyov küçəsi, 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində) Şəmkir və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Azvision.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bundan başqa, sabah saat 11:00-dan etibarən nazirin müavini Niyazi Səfərov Ağstafada (Hüseyn Arif küçəsi, 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində) Qazax və Ağstafarayonlarından olan vətəndaşları, digər nazir müavini Sahib Məmmədov isə Gədəbəydə (Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində) bu rayondan olan vətəndaşları qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Ünvan: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, elektron poçt ünvanı: arzu.haciyev@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər. 

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR