Nazir: Təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
Oxu.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfransda Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, bu ilin tədris ilində tələbələrə verilən təqaüdlərin həcmi 20 faiz artırılıb, bu da 110 mindən çox tələbəni əhatə edib:
“Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən olub. 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub. Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə, bu rəqəm beş dəfə çoxdur. Əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib”.
“Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə bu tədris ilində səkkiz istiqamət üzrə 231 tələbə qəbul edilib. Gələn ildən tələbə sayının 1000 nəfərə çatırıdılması nəzərdə tutulur”, - deyə C. Bayramov qeyd edib.
İlhamə Əbülfət
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət