Dərc edildi: Baxış sayı: 347
Nazir: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik qaz kəməri (TAP) layihəsinin reallaşdırılması Yunanıstanın enerji sahəsində hökumətin əsas məqsədlərindən biridir.
Trend-in məlumatına görə, bunu Yunanıstanın ətraf mühit və energetika naziri Yorqos Statakis deyib.
Nazir bildirib ki, Yunanıstan hökumətinin qarşısında dayanan dörd məqsəd - Yunanıstanın qaz bazarının liberallaşdırılması və mökəmləndirilməsi; Yunanıstan bazarının TAP, Yunanıstan-Bolqarıstan interkonnektoru, “EastMed” kimi iri infrastruktur layihələrinin reallaşdırılması hesabına Balkan və Şərqi Aralıq dənizi bazarlarına qoşulması; ölkənin qaz təchizatı mənbələri və marşrutlarının möhkəmləndirilməsi; ölkənin təkcə tranzit qovşağı kimi, həm də mümkün qaz istehsalçısı kimi mövqelərinin güclənməsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət