Dərc edildi: Baxış sayı: 423
Nazir: "Şəhid ailələrinin vərəsələrinə müavinət ödənilməsi ilə bağlı sənədlər araşdırılır"
"Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələrinin vərəsələri ilə bağlı sənədlər gəlir" .
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, sığorta pulu ilə bağlı olan həmin sənədlər araşdırılır: "Sənədlər təsdiqləndikdən sonra ödənişlərin həyata keçirilməsinə başlanılacaq. Ödəniş hissə-hissə olacaq. Birdəfəlik müavinətləri Nazirlik birbaşa həmin şəxslərin hesabına köçürəcək. Bu prosesdə vətəndaşla şəxsi təmas olmayacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət