Dərc edildi: Baxış sayı: 390
Nazir: “Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər”
“İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlar üçün yeni platforma təqdim edilib”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bu, Elektron Kredit Platformasıdır (e-edf.gov.az).
Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər.
Nazir qeyd edib ki, yeni platformada pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edilir:
“Sahibkarlar üç milyon manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə güzəşt 12 ay müəyyən olunub. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət