Slimfit
  1. AZƏRBAYCAN

Nazir sağlamlıq imkanları məhdud xanımlarla görüşdü

Nazir sağlamlıq imkanları məhdud xanımlarla görüşdü
Sakura

Nazir sağlamlıq imkanları məhdud xanımlarla görüşdü

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində nazir Sahil Babayevin sağlamlıq imkanları məhdud xanımlarla görüşü keçirilib.

Publika.az-ın xəbərinə görə, tədbirdə çıxış edən S.Babayev bildirib ki, respublika əhalisinin 50,1 faizini təşkil edən qadınlar əmək və məşğulluq sahəsində kişilərlə bərabər iştirak imkanlarına malikdir: "Nazirliyin sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların da mühüm bir hissəsi qadınlardır. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə indiyədək 1628 gənc peşə hazırlıq kusrlarına cəlb edilib. Onların 541 nəfəri qadınlardır. Hazırda Mərkəzdə peşə reabilitasiyasında olanların da 32 nəfəri qadınlardır".

Nazir deyib ki, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bütün məzunları özünəməşğulluq proqramlarına cəlb edəcək.

S.Babayevin sözlərinə görə, Mərkəzin məzunlarının hər birinə burada çalışdıqları avadanlıqlar veriləcək: "Həmin avadanlıqlar evlərində quraşdırılacaq ki, məzunlar peşə fəaliyyətlərini davam etdirə bilsinlər. Tapşırıq vermişəm, "Əlillik qüsur deyil" kitabı hər il yenilənsin, davamı olsun, gələcəkdə biz onun elektron versiyasını da hazırlayacağıq. Veb səhifəsi gələcəkdə sizin əl işlərinizdən ibarət satış mərkəzinə çevirləcək.

İlin sonunda ikinci "DOST Mərkəzi"ində sizin əl işləriniz üçün satış mərkəzi yaradılacaq. Bundan sonra yaradılacaq hər bir

"DOST Mərkəzi"ində müəyyən bir hissə əlilliyi olan şəxslər üçün ayrılacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR