Nazir Prezidentlə görüşə dəvət edilməyən sənətçilərdən üzr istədi
“Bu formatda keçirilən görüşdə hansısa mədəniyyət və ya incəsənət xadimi kənarda qalıbsa, onlardan üzr istəyirəm. Növbəti dəfə bu mütləq nəzərə alınacaq".
Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.
"Xalq artisti Rasim Balayevə yaxşı münasibət bəsləyirəm və uzun illərdir ki, aramızda dostluq münasibətləri var"- deyən nazir qeyd edib ki, Prezidentlə görüşə bütün mədəniyyət və incəsənət xadimlərini dəvət etmək mümkün deyildi.
Nazir bildirib ki, mütəmadi şəkildə həmin insanlarla hansısa formada söhbətlər olur: "Açıq söhbətin aparılmasına həmişə şərait var. Gələn görüşdə digər mədəniyyət xadimləri də iştirak edə biləcəklər. Çünki dövlət başçısı da belə görüşlərin keçirilməsinə maraqlıdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət