Slimfit
  1. CƏMİYYƏT

Nazir Prezidentə təşəkkür etdi

Nazir Prezidentə təşəkkür etdi
Sakura

Nazir Prezidentə təşəkkür etdi

Təhsil sahəsində qazanılan uğurların arxasında Prezident İlham Əliyev tərəfindən yürüdülən düzgün təhsil siyasəti, qəbul edilən fərman və sərəncamların arxasında isə müəllim amili dayanır.

Axar.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışı zamanı bildirib.

“Fürsətdən istifadə edərək diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərinin əmək haqlarının dünən növbəti dəfə artırılmasına görə dövlət başçısına təşəkkür edirəm. Dünən dövlət başçısı tərəfindən eyni zamanda peşə təhsili sahəsində çalışan şəxslərin də əmək haqlarının artırılmasına dair sərəncam imzalanıb. Bunu da xüsusi vurğulamaq lazımdır. Mən təhsil sahəsinə xüsusi həssaslıq və diqqətlə yanaşdığına, təhsil sahəsində islahatları hər zaman dəstəklədiyinə görə də cənab prezidentə təşəkkürümü bildirmək istəyirəm”, - nazir qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR