Slimfit
  1. AZƏRBAYCAN

Nazir Muxtar Babayev Goranboyda vətəndaşları qəbul edib

Nazir Muxtar Babayev Goranboyda vətəndaşları qəbul edib
Sakura

Nazir Muxtar Babayev Goranboyda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Goranboy, Ağdaş, Yevlax, Gəncə, Mingəçevir və Naftalan rayonlarının vətəndaşlarını qəbul edib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəbuldan əvvəl nazir Muxtar Babayev və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR