Slimfit
  1. CƏMİYYƏT

Nazir müavinindən narazılıq: “İcra hakimiyyəti qeydiyyatı lazımi keyfiyyətdə aparmır”

Nazir müavinindən narazılıq: “İcra hakimiyyəti qeydiyyatı lazımi keyfiyyətdə aparmır”
Sakura

Nazir müavinindən narazılıq: “İcra hakimiyyəti qeydiyyatı lazımi keyfiyyətdə aparmır”

“2018-ci ildə qəbul edilən qərara əsasən, yaşıllıqların qeydiyyatı rayonlar üzrə icra hakimiyyəti orqanları tərəfindən aparılmalıdır. Bu qeydiyyatlar lazımi keyfiyyətdə aparılmır”.

Ens.Az-ın məlumatına əsasən,bunu Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, icra hakimiyyəti orqanları tərəfindən tək-tək hallarda yaşıllıqlarla bağlı qeydiyyat aparılır:

“Nazirlik olaraq biz burada tənzimləyici, əlaqələndirici koordinasiya işini həyata keçiririk”.

Nazir müavini bildirib ki, paytaxt ərazisində hansısa bir köhnə binalar sökülürsə, orada yeni bina tikilən zaman yaşıllıqların qorunması ilə bağlı işlər görülür:

“Həmin ərazidən qəzalı vəziyyətdə olan ağaclar götürülübsə, əvəzinə daha çox sayda ağacın əkilməsi, eyni zamanda, hər tikilən binanın ərazisinin mütləq olaraq 25 faizində yaşıllığın salınması tələbi qoyulur. Yaşıllıqları qorumaq lazımdır, bizim işimiz də budur.

Biz yaşıllıqların qorunması üçün əlimizdən gələni edirik, amma bir neqativ hal daha çox qınağa səbəb olur. Bu da düzgündür. İstəyirik ki, bizə də, ağacı kəsənlərə də ictimai nəzarət olsun. Həmin nəzarət bizə ən böyük köməkdir”.

V.Kərimov əlavə edib ki, dövlət əhəmiyyətli layihələr olan zaman köçürülməsi mükün olan ağaclar köçürülür:

“Köçürülməsi mümkün olmayan ağaclar götürülür”. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR