Slimfit
  1. CƏMİYYƏT

Nazir müavini valideynlərin ixtisas seçimlərinə müdaxiləsindən danışdı

Nazir müavini valideynlərin ixtisas seçimlərinə müdaxiləsindən danışdı
Sakura

Nazir müavini valideynlərin ixtisas seçimlərinə müdaxiləsindən danışdı

Valideyni yalnız valideyn iclasına çağırmaqla iş bitmir. Yaxud da məktəbdə hər hansı bayram tədbiri keçirəndə gəlib uşağın səhnədə necə çıxış etməsini izləməyə çağırmaq lazım deyil.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib. 

Onun sözlərinə görə, bu gün valideynlər daha ciddi məsələlər üçün məktəbə gəlməlidir:

“Onların diqqətinə müasir dövrün tələbləri çatdırılmalıdır. Bəzən biz valideynlərin övladlarının ixtisas seçimlərinə müdaxiləsini görürük.

Valideyinlər müasir dövrün tələblərini, əmək bazarındakı ehtiyacları bilsələr, sözsüz ki, təhsilə də münasibətləri dəyişəcək. Əvvəlki dövrlərlə müqayisədə, valideynləri məktəblərə cəlb etmək çətinləşib.

Bunun da obyektiv və subyektiv səbəbləri var. Valideynlər bəzən prioritetləri düzgün müəyyənləşdirə bilmirlər. Valideyinləri tədris prosesinə cəlb etməklə onların uşaqlarına olan münasibətini köklü şəkildə dəyişə bilərik. Bu mənada, məktəblərdən yeni yanaşmalar və modellər gözləyirik”.

“Təəssüf ki, bu gün hələ də bəzi məktəblərdə sinif otaqlarında elektron lövhənin sadəcə lövhə kimi istifadə olunduğunu görürük. Halbuki lövhə böyük imkanlar daşıyıcısıdır. Bu mənada, bunu direktor bilməli və valideynlərinin diqqətinə çatdırmaq lazımdır”, - deyə M.Vəliyeva qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR