Slimfit
  1. İQTİSADİYYAT

Nazir müavini: "STAR hər iki ölkənin iqtisadiyyatına mənfəət qazandıracaq"

Nazir müavini: "STAR hər iki ölkənin iqtisadiyyatına mənfəət qazandıracaq"
Sakura

Nazir müavini: "STAR hər iki ölkənin iqtisadiyyatına mənfəət qazandıracaq"

 "Bu gün açılışı baş tutacaq illik emal gücü 10 mln. ton olan STAR neft emalı zavodunun istismara verilməsi hər iki ölkənin iqtisadiyyatına mənfəət qazandıracaq".

Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev III İAEE "Xəzər və Mərkəzi Asiya Regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin təsiri" konfransında bildirib.

S.Vəliyev deyib ki, bu gün emal sahəsində də böyük işlər görülür: “Bu layihə Azərbaycan və Türkiyə enerji əməkdaşlığının daha bir uğurlu nümunəsidir. STAR digər ölkələrlə əməkdaşlığı genişləndirən iqtisadi dayanıqlığı təmin edən layihədir”.

O qeyd edib ki, dünya enerji balansında aşağı karbonlu enerji növü kimi təbii qazın mövqeyi güclənir, qaza olan tələbat artır: "Mənbə və marşrutlarla yanaşı, boru kəmərləri ilə LNG kimi qaz nəqli üsulları artır. Diversifikasiya qaz ixracatçıları üçün də enerji siyasətinin önəmli bir hissəsidir".

Onun sözlərinə görə, bu baxımdan Azərbaycan üçün Cənub Qaza Dəhlizi, ilk növbədə, qaz resurslarını daha geniş bazarlara çıxarmaq və ixrac marşrutlarını diversifikasiya etmək məqsədi daşıyır.

Nazir müavini deyib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi nəticəsində keyfiyyətli neft məhsulları istehsal ediləcək və ölkə iqtisadiyyatına fayda veriləcək. O həmçinin bildirib ki, SOCAR-ın Qaz emalı və qaz- kimya kompleksinin (SOCAR-GPC) tikintisi gələcəkdə hədəflərə çatmağa kömək edəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR