Slimfit
  1. AZƏRBAYCAN

Nazir müavini: “Sahibkarların dövlətin güzəştli kreditlərinə çıxış imkanları genişləndiriləcək”

Nazir müavini: “Sahibkarların dövlətin güzəştli kreditlərinə çıxış imkanları genişləndiriləcək”
Sakura

Nazir müavini: “Sahibkarların dövlətin güzəştli kreditlərinə çıxış imkanları genişləndiriləcək”

 “İqtisadiyyat Nazirliyi yanında Sahibkarlıq Kömək Milli Fondunun (SKMF) bazasında yaradılmış Sahibkarlığın İnkişafı Fondunun əsas məqsədi iş adamlarının dövlətin güzəştli kreditlərinə çıxış imkanlarını genişləndirmək, beynəlxalq alətlərdən istifadə etmək, sahibkarlara yeni imkanlar təqdim etməkdir”.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, indiyə qədər ümumi dəyəri 4,9 mlrd. manat olan 36 min sahibkarlıq subyektinin layihəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilib: “Bu layihələrə 2,2 mlrd. manat kredit ayrılıb. Həmin vəsaitin təxminən 1 mlrd. manatı dövlət büdcəsi vəsaiti, qalanı isə geri qaytarılmış vəsaitdir. Kreditlərin 72%-i aqrar sektorun payına düşüb. Hazırda Fondun kredit portfeli 1,08 mlrd. manatdır".

Nazir müavini həmçinin deyib ki, 2018-ci ildə fondun 170 mln. manat güzəştli kredit verməsi nəzərdə tutulurdu ki, bunun da 113 mln. manatlıq hissəsi artıq ayrılıb. İnstitutsional islahatlar nəticəsində qalan vəsaitlərlə də sahibkarların layihələri maliyyələşdiriləcək.

S.Məmmədovun sözlərinə görə, son dəyişikliklərdən sonra güzəştli kreditlərin illik faiz dərəcəsi 6-%-dən 5%-ə endirilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR