Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Nazir müavini: “Sabahdan Rusiya FHN Ağdamda 100 hektar ərazinin minadan təmizlənməsinə başlayacaq”

Nazir müavini: “Sabahdan Rusiya FHN Ağdamda 100 hektar ərazinin minadan təmizlənməsinə başlayacaq”
Sakura

Nazir müavini: “Sabahdan Rusiya FHN Ağdamda 100 hektar ərazinin minadan təmizlənməsinə başlayacaq”

Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərlik xüsusi qrupu və texnikası Azərbaycana gəlib. Onlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcəklər.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini, general-leytenant Raqim Lətifov deyib.

Onun sözlərinə görə, Rusiyadan gələn heyət Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Qarabağ Regional Mərkəzinin ərazisində yerləşəcəklər.

“Sabahdan etibarən Rusiya Federasiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirliyinin əməkdaşları ilkin olaraq Ağdam rayonu ərazisində ayrılmış 100 ha ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına başlayacaqlar”, - deyə nazir müavini bildirib. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR