Slimfit
  1. CƏMİYYƏT

Nazir müavini: 'Hər bir insanda çimərlik mədəniyyəti olmalıdır'

Nazir müavini: 'Hər bir insanda çimərlik mədəniyyəti olmalıdır'
Sakura

Nazir müavini: 'Hər bir insanda çimərlik mədəniyyəti olmalıdır'

"Hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O qeyd edib ki, məqsəd çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərin sahiblərini cərimələmək deyil, onların obyektlərində çirkab sutəmizləyici qurğular quraşdırmasına nail olmaqdır.

F.Əliyev bildirib ki, Xəzər dənizini çirkləndirənlərə artıq kifayət qədər vaxt verilib: "Verilən müddət ərzində obyekt sahibləri nöqsanları aradan qaldırmalı, təmizləyici qurğu quraşdırmalıdırlar. Xəbərdarlığımıza məhəl qoymayan, məcburi göstərişlərə əməl etməyən obyektlər isə tərəfimizdən cəzalandırılır. Sevindiricidir ki, bəzi obyekt sahibləri artıq qurğular quraşdırmağa başlayıb. Obyekt sahibləri onu da bilməlidirlər ki, onlar tullantı suları təmizləyici qurğudan keçirdikdən sonar dənizə axıtmaq əvəzinə texniki su kimi də istifadə edə bilərlər”.

Nazir müavini vurğulayıb ki, ümumiyyətlə həyata keçirilən layihələr vətəndaşların, əhalinin sağlamlığı və Xəzər dənizinin təmizliyinə nail olmaq üçündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR