Slimfit
  1. DÜNYA

Nazir müavini: “Gürcüstanda milli azlıqların hüquqları tam qorunur”

Nazir müavini: “Gürcüstanda milli azlıqların hüquqları tam qorunur”
Sakura

Nazir müavini: “Gürcüstanda milli azlıqların hüquqları tam qorunur”

 “Gürcüstanda yaşayan milli azlıqların hüquqları tam qorunur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini David Dondua ATƏT-in milli azlıqlar üzrə ali komissarı Lamberto Zannierlə görüşdən sonra bildirib.

Nazir müavini Gürcüstanın uzun illərdir ki, ATƏT-in milli azlıqlar üzrə komissarının ofisi ilə əməkdaşlıq etdiyini qeyd edib: “ATƏT-in dəstəyi ilə Gürcüstanda bir sıra layihələr həyata keçirilir və həmin layihələr milli azlıqların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatına tam inteqrasiyasına dəstək verir”.

L.Zannier Tbilisiyə səfəri çərçivəsində Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, parlament sədri İrakli Kobaxidze və digər rəsmi şəxslərlə də görüşəcək. Ali komissarın həmçinin ombudsman Nino Lomcariya və milli azlıqların nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR