Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərlə bağlı yeni layihəyə başlayacaq
Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərlə bağlı yeni layihəyə başlayacaq.
Bunu Oxu.Az-a açıqlamasında əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli bildirib.
Onun sözlərinə görə, bu il nazirlik BMT ilə yeni bir layihə başlayır:
“Bu layihə həssas qruplardan olan insanların əmək bazarına cəlb olunması ilə bağlıdır. Bu il ərzində 500 nəfər layihəyə cəlb olunacaq. 2019-cu ildə bizim əlilliyi olan şəxslərlə bağlı bir çox layihələrimiz nəzərdə tutulur.
Bu addım onların peşə və bilik bacarıqlarının artırılması, əmək bazarında fəaliyyətlərinin əks olunması ilə əlaqəlidir. Əlilliyi olan şəxs işləmək istəyirsə, ya özünün hansısa biznes ideyası varsa, biz onlara “Özünüməşğulluq proqramı”ı çərçivəsində imkanlar yaradırıq ki, təlimlərdə iştirak etsin, daha sonra dövlət onlara aktivlər verir ki, o, dayanıqlı biznesini qura bilsin”.
Nazir müavini qeyd edib ki, ötən “Özünüməşğulluq proqramı”da 7200-dən çox adam iştirak edib:
“900-dən çoxu əlilliyi olan şəxslər olub”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət