Slimfit
  1. AZƏRBAYCAN

Nazir müavini: Azərbaycanda şəkərli diabet xəstələrinin sayı il ərzində təxminən 20-25 min nəfər artır

Nazir müavini: Azərbaycanda şəkərli diabet xəstələrinin sayı il ərzində təxminən 20-25 min nəfər artır
Sakura

Nazir müavini: Azərbaycanda şəkərli diabet xəstələrinin sayı il ərzində təxminən 20-25 min nəfər artır

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı il ərzində təxminən 20-25 min nəfər artır.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, 2017-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanda 243 200 nəfər şəkərli diabetdən əziyyət çəkir: "Onların 53 min nəfəri insulindən asılı olan 1-ci tip, təxminən 37 min nəfəri isə həm insulin, həm də həblə müalicə olunan xəstələrdir. Qalan 153 min xəstə isə yalnız həbdən asılı olan 2-ci tip şəkərli diabet xəstələridir".

E.Ağayev əlavə edib ki, 2018-ci ilin 8 ayı ərzində şəkərli diabet xəstələrinin sayına 20 min xəstə də əlavə edilb. Hazırda Azərbaycanda 263 mindən çox şəkərli dabet xəstəsi qeydiyyatdadır:

 

"Bu da o deməkdir ki, xəstələrin sayı il ərzində təxminən 20-25 min nəfər artır. Sözsüz ki, bu, dövlətimizin diqqətində olan ən vacib məsələlərdən biridir".

Nazir müavini onu da qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 20-25 il əvvəl dünyada cəmi 30 milyon şəkərli diabet xəstəsi qeydiyyatda olubsa, son rəsmi məlumatlara əsasən, bu xəstələrin sayı 200 milyondan, qeyri-rəsmi məlumatlara görə isə 400 milyondan artıqdır. Təşkilatın proqnozlarına görə, 2045-ci ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayının 620-630 milyona çatacağı gözlənilir:

"Heç bir xəstəlikdə bu cür artım dinamikası yoxdur. Bu xəstəliyə qarşı cəmiyyət dövlət orqanları ilə birlikdə mübarizə aparmalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR