Slimfit
  1. AZƏRBAYCAN

Nazir müavini: "Azərbaycan vətəndaşlarının 50 faizinin yaşı 29-dan aşağıdır"

Nazir müavini: "Azərbaycan vətəndaşlarının 50 faizinin yaşı 29-dan aşağıdır"
Sakura

Nazir müavini: "Azərbaycan vətəndaşlarının 50 faizinin yaşı 29-dan aşağıdır"

"Azərbaycan əhalisinin 25 faizini 14-29 yaşlı gənclər təşkil edir. Bu da hökumətin uzunmüddətli siyasət aparması üçün zəmin yaradır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan vətəndaşlarının 50 faizinin yaşı 29-dan aşağıdır".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli "Gənclərin məşğulluğu: İşəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ölkədə bu gün 14-29 yaşlı gənclər arasında işsizlik göstəricisi 9,2 faizdir: "Bu da ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur. Gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir".

M.Kərimli qeyd edib ki, Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir: "Hər il ölkədə yüz minə yaxın gənc əmək bazarına daxil olur. Gənclərin məşğulluğu ilə bağlı ortaq məsuliyyət var". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR