Dərc edildi: Baxış sayı: 521
Nazir müavini: 'Azərbaycan tullantıların azaldılması ilə bağlı öhdəlikləri yerinə yetirmək əzmindədir'
"Azərbaycan atmosferə atılan karbon dioksidin azaldılması ilə bağlı öhdəlikləri yerinə yetirmək əzmindədir".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Energy Forward” konfransında Energetika nazirinin müavini Elnur Soltanov bildirib.
"Azərbaycan atmosferə atılan karbon dioksidin azaldılması ilə bağlı müəyyən beynəlxalq öhdəliklər götürüb. Azərbaycan kiçik ölkədir, qlobal miqyasda təsir azdır, amma müəyyən öhdəlikləri var. Hökumətin də əsas məqsədindən biri budur. Biz öhdəlikləri yerinə yetirmək əzmindəyik", - E.Soltanov vurğulayıb.
O qeyd edib ki, tənzimləyici mühiti təkmilləşdirmək niyyətindəyik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət