Dərc edildi: Baxış sayı: 377
Nazir müavini: “Azərbaycan 2 753 çeşiddə mal ixrac edir”
“Azərbaycanda xarici ticarətlə məşğul olan şəxslərin sayı 17 mini ötüb. Hazırda 176 ölkə ilə ticarət əməkdaşlığımız var”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan 2 753 çeşiddə mal ixrac edir.
“Bu ilin ilk 9 ayında ölkədən qeyri-neft məhsullarının ixracı 13%, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracı 20% artıb”, - nazir müavini əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət