Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Nazir: "Məktəblərdə şagirdlərin hərarətlərinin gündəlik yoxlanması istiqamətində iş aparılacaq"

Nazir: "Məktəblərdə şagirdlərin hərarətlərinin gündəlik yoxlanması istiqamətində iş aparılacaq"
Sakura

Nazir: "Məktəblərdə şagirdlərin hərarətlərinin gündəlik yoxlanması istiqamətində iş aparılacaq"

“Ümumtəhsil müəssisələrində 120 min müəllim və texniki işçi ilə bağıl vəziyyəti də nəzərə almalıyıq”.

Ens.az Apa.Az-a istinadən xəbər verir ki, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

 E. Əmrullayev deyib ki, həm məktəbin daxilində, həm də məktəbdən kənar hər bir müəllim, valideynin bu prosesə təsiri var: “Ola bilər ki, hansısa marketdə, nəqliyyatda maska taxmamağın tədrisə təsiri başa düşülməsin. Ancaq hər bir vətəndaş qaydalara riayət etməlidir ki, tədris ənənəvi formada davam etsin”.

Təhsil naziri qeyd edib ki, məktəblərdə şagirdlərin hərarətlərinin gündəlik yoxlanması istiqamətində iş aparılacaq: “Virusun yayılmasının qarşısını almaq üçün xəstəliyin vaxtında aşkarlanması, aşkarlanmış halların təcrid edilməsi, təcrid olunmuş və təmasda olmuş insanların siyahısının müəyyən edilməsi vacibdir. Ona görə belə hal müəyyən edilərsə, valiydeynlərə, məktəb ictimaiyyətinə çatdırılmasında maraqlıyıq. Hansısa uşağın, valideynin qızdırması varsa, həmin uşağın məktəbə gəlməməsinin tərəfdarıyıq. Bununla bağlı xüsusi qaydalar da hazırlanır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR