Slimfit
  1. CƏMİYYƏT

Nazir məktəb direktoruna şiddətli töhmət verdi

Nazir məktəb direktoruna şiddətli töhmət verdi
Sakura

Nazir məktəb direktoruna şiddətli töhmət verdi

Təhsil naziri Ceyhun Bayramov məktəb direktoruna şiddətli töhmət verib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 11-də Cəlilabad rayonu V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin iki müəllimi bu təhsil müəssisəsində baş verən qanunsuzluqlarla əlaqədar müraciət edib.

Müəllimlər Təhsil Nazirliyinin əməkdaşı tərəfindən qəbul edilib və onlara həmin məktəblə bağlı qəbul edilən qərar barədə məlumat verilib.

Cəlilabad rayonu V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə daxil olan şikayət hələ sentyabr ayında araşdırılıb və məktəbdə yoxlama aparılıb. Yoxlama zamanı məktəbin yuxarı sinfində şagirdlərin dərsə davamiyyətinə lazımi səviyyədə nəzarətin təmin edilməməsi aşkar edilib.

Bununla əlaqədar Təhsil nazirinin 30 sentyabr 2019-cu il tarixli əmrinə əsasən, rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi İlkin Zeynalova məktəbə zəif nəzarət edərək vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə töhmət, məktəbin direktoru Zaur Ələkbərova fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR