Slimfit
  1. AZƏRBAYCAN

Nazir: "Kiçik və orta biznes üçün kadr bankı yaradılacaq"

Nazir: "Kiçik və orta biznes üçün kadr bankı yaradılacaq"
Sakura

Nazir: "Kiçik və orta biznes üçün kadr bankı yaradılacaq"

"Azərbaycanda kiçik və orta biznes üçün kadr bankının yaradılması istiqamətində iş aparılır".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bununla bağlı hazırda İqtisadiyyat Nazirliyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə müzakirələr aparılır.

S.Babayev əlavə edib ki, xüsusilə yeni yaradılan təsərrüfat sahibləri üçün kadr bazasına sadə çıxış imkanları yaradılacaq: "Məşğulluq xidmətlərinin avtomatlaşdırılması bütün sahibkarlar üçün bir neçə istiqamətdə yeni imkanlar yaradacaq. Bütün işsiz və işaxtaran insanlar üçün onların bazasına birbaşa giriş imkanı yaradılacaq. Yəni sahibkarın axtardığı işçi qüvvəsinə sərbəst çıxış imkanı alacaq. Sahibkarlar üçün bu sahədə maraqlı olan hissə işçi resurslarıdır". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR