Slimfit
  1. İQTİSADİYYAT

Nazir: “Hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır”

Nazir: “Hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır”
Sakura

Nazir: “Hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır”

“2020-ci ilin ikinci yarımili üçün iqtisadiyyata təhlükələr var”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib. 

O bildirib ki, bu təhlükələr, əsasən, gəlirlərin azalması ilə bağlıdır.

“Gəlirlər ona görə azalır ki, büdcəyə mədaxil azalır”, - deyə S.Şərifov əlavə edib. 

Nazir söyləyib ki, hökumət büdcədə çevik maliyyə buferlərinin yaranmasını vacib sayır. 

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin isə 27 milyard 492 milyon manat həcmində təsdiqlənməsi təklif olunur. 

Xatırladaq ki, bundan əvvəl, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat həcmində təsdiqlənmişdi. Büdcənin xərcləri isə 26 milyard 894 milyon 700 min manat həcmində müəyyən olunmuşdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR