Slimfit
  1. MƏDƏNİYYƏT

Nazir: 'Gələn il keçiriləcək sessiyada bir neçə yerin UNESKO-nun Dünya İrs Siyahısına salınması üçün iddia qaldıracağıq'

Nazir: 'Gələn il keçiriləcək sessiyada bir neçə yerin UNESKO-nun Dünya İrs Siyahısına salınması üçün iddia qaldıracağıq'
Sakura

Nazir: 'Gələn il keçiriləcək sessiyada bir neçə yerin UNESKO-nun Dünya İrs Siyahısına salınması üçün…

"Azərbaycan UNESKO-nun Ümumdünya İrs Komitəsinin gələn il keçiriləcək 44-cü sessiyası zamanı bir neçə yerin qurumun Dünya İrs Siyahısına salınması üçün iddia qaldıracaq".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib.

Ə.Qarayev Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına salınmasını ölkənin uğuru adlandırıb: "Fəxr etməliyik ki, siyahıya daxil edilən mədəni obyektlərin sayı artır".

Nazir xatırladıb ki, Şəkinin siyahıya daxil edilməsi iddiası 6 il öncə qaldırılıb: "Hökumət və ictimaiyyət UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının nəticələrini ciddi şəkildə təhlil etməlidirlər. Azərbaycanda 6 700 adda tarixi abidə var. Onların bərpasının tez bir zamanda aparılması imkanlar xaricindədir. Bu proses mərhələli şəkildə aparılır. Məsələn, Çıraqqala təhlükəli vəziyyətdə idi, onun bərpasına başladıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR