Slimfit
  1. AZƏRBAYCAN

Nazir: "Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki vandalizmi ekoloji fəlakət yaradıb"

Nazir: "Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki vandalizmi ekoloji fəlakət yaradıb"
Sakura

Nazir: "Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki vandalizmi ekoloji fəlakət yaradıb"

 "Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki vandalizmi ekoloji fəlakət vəziyyəti yaradıb".

"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair" beynəlxalq konfransda deyib.

O bildirib ki, belə hallarda beynəlxalq hüquq əsas rol oynamalıdır.

"Azərbaycanın meşələri, flora və faunası məhv edilir, sular çirkləndirilir. Ermənilər tərəfindən qəsdən törədilən yanğınlar nəticəsində Azərbaycanın, təxminən, 100 min hektar meşə sahəsi məhv edilib. Araz çayının ekoloji vəziyyəti ürəkaçan deyil. Ermənilərin suyu çirkləndirməsi nəticəsində bir çox balıq növləri tükənmək üzrədir", - nazir söyləyib.

M.Babayev vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətləri talan etməkdə davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR