Dərc edildi: Baxış sayı: 1119
Nazir əmr imzaladı: teatr və konsert müəssisələri bağlandı
Azərbaycanda fəaliyyət göstərən teatr və konsert müəssisələri koronavirus epidemiyası təhlükəsinə görə fəaliyyətini dayandırıb.
Bu barədə Kult.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, martın 7-dən etibarən mədəniyyət müəssisələrində konsert və tamaşalar təxirə salınıb.
Teatr və konsert müəssisələri fəaliyyətini martın 27-dən sonra davam etdirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət