Slimfit
  1. AZƏRBAYCAN

Nazir: “Əmək haqlarının “kölgə”dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına müsbət təsir göstərəcək”

Nazir: “Əmək haqlarının “kölgə”dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına müsbət təsir göstərəcək”
Sakura

Nazir: “Əmək haqlarının “kölgə”dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar…

 “Vergi Məcəlləsinə dəyişiklik kontekstində əməkhaqqlarının "kölgə"dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditinin rolunun bərqərar olmasına, bərpa olunmasına müsbət təsir göstərəcək”.

Report” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov İTV kanalında “Biznes Azərbaycan” verilişində çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, hazırda bir çox insanın real aldığı əmək haqqı ilə sənədləşmədə göstərilən əməkhaqqı arasında uyğunsuzluq mövcuddur.

“Bu, həmin vətəndaşların istər ipoteka kimi uzunmüddətli kreditləri, istərsə də qısamüddətli kreditləri cəlb edə bilməsi üçün böyük  məhdudlaşdırıcı amildir. Bu da öz növbəsində iqtisadi artıma mənfi təsir edən amildir. Bu cəmi bir nümunədir ki, 2019-ci ilin yanvarın 1-dən nəzərdə tutulan islahat bu amilə müsbət təsir etməlidir”, - M.Cabbarov vurğulayıb.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR