Slimfit
  1. AZƏRBAYCAN

Nazir əlil və şəhid ailələri ilə görüşüb

Nazir əlil və şəhid ailələri ilə görüşüb
Sakura

Nazir əlil və şəhid ailələri ilə görüşüb

Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb. 

Qafqazinfo” xəbər verir ki, nazir ilk olaraq ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib: “Sosial müavinətlər və təqaüdlərin də optimallaşdırılması, daha da təkmilləşdirilməsi baxımından işlər aparılır.

Bu gün 500 min şəxs sosial müavinət alır və bu rəqəmin böyük hissəsini Qarabağ müharibəsi əlilləri və veteranları alır.

Özünəməşğulluq proqramı üçün ilkin olaraq 7 min ailə nəzərdə tutulmuşdu, ancaq müraciətlər xeyli çox oldu. Xüsusilə də regionlarda. Odur ki, bütün bunlar nəzərə alınacaq”.

***

Nazir çıxışında sonradan birdəfəlik müavinətlər verilməsi nəzərdə tutulmuş şəhid ailələrindən də danışıb: “Prezident humanist addım atdı və birdəfəlik müavinətlərin verilməsi nəzərdə tutulmamış 2700 şəxsə aid sənədlər toplandı. Siyahılar hazırlandı və onlar üçün də vəsaitin hazırlanmasına başlanıldı. 

Bütün bunlar üçün 3 ay heç də böyük vaxt kəsiyi deyil. Sonradan yenidən narazılıqların yaranmaması üçün siyahıların tam olmasına çalışmışıq. Pərdəarxasında görülən işlər çox vaxt məlum olmur. Ancaq biz mütəmadi olaraq xalqa hesabat verməyə çalışırıq”.

***

Nazir onu da qeyd edib ki, qanunvericilikdə müəyyən boşluqlar var və hazırda iş aparılır: "52 min müharibə veteranı hər ay 55 manat müavinət alır. Bu, aşağı rəqəm deyil. Ümumilikdə il ərzində müavinətlərə 500 milyon manat maliyyə ayrılır.

Bu gün şəhid ailələrinin sığorta məsələsi həll olunur və cari ildə bitirilməsi gözlənilir. Biz Qarabağ müharibəsi əlillərinin sığorta məsələsinə baxılmasına hazırıq.

Nəzərə alsaq ki, veteranların əksəriyyəti təqaüdçülərdir, təqaüdlərin artırılması onların sosial rifahının artırılması baxımından mühüm amildir. Vurğulanır ki, təsadüfi yollarla veteran sənədləri alanlar var və onların təmizlənməsi vacibdir. İnanın ki, bunu sizdən çox biz istəyirik".

 


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR