Dərc edildi: Baxış sayı: 377
Nazir DYP rəisini işdən azad etdi
Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis kapitanı Rasim Əliyev vəzifəsindən azad olunub və sərəncama götürülüb.
Əldə etdiyimiz digər məlumata görə, Rasim Əliyevin rəis olduğu qurumda yoxlama aparılıb və ciddi nöqsanlar aşkarlandığı üçün nazir onu işdən azad edib.
Qeyd edək ki, Rasim Əliyev 2020-ci ildə Sabirabad Dövlət Yol Polisi İdarəsində baş mütəxəssis (baş inspektor) vəzifəsindən azad edilərək, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət