Dərc edildi: Baxış sayı: 429
Nazir: "Diqlas"da iş bərpa edildikdən sonra sahibkarlardan 4-5 ay icarə haqqı alınmayacaq"
“Yanğın baş vermiş ərazidə “Diqlas 1” və “Diqlas 2” Ticarət mərkəzləri var. İlkin məlumata görə, “Diqlas 1”də, təxminən 60, “Diqlas 2”də isə 111 mağaza olub”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, ötən gün yaradılmış İşçi Qrupunun əsas vəzifələrindən biri də bu rəqəmləri tam dəqiqləşdirməkdir.
Nazir həmçinin qeyd edib ki, ticarət mərkəzində iş bərpa edildikdən sonra sahibkarlardan 4-5 ay icarə haqqı alınmayacaq. Bundan sonra isə onlar uzun müddət digər iş adamları ilə müqayisədə 20% az icarə haqqı ödəyəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət