Nazir dini təhsildən danışdı
“Hazırlıq qruplarında təhsil almaq hərbi xidmətdən möhlət hüququ vermir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, magistraturaya qəbul olunmuş oğlanların hərbi xidmətdən möhlət hüququ alması 2016-cı ildən bu yana gender sahəsində yaranmış disbalansın qarşısını aldı:
“ Hazırda magistraturaya qəbul olmuş oğlanların sayında gözlə görünən artım var”.
Nazir məktəblərdə dini təhsillə məsələyə də toxunub:
“Məktəblərdə dinin tədris olunması ilə bağlı onu deyə bilərəm ki, qanunvericilikdə dövlət standartları var və ona əsasən məktəblərdə dinin fənninin tədris olunması nəzərdə tutulmayıb. Həyat bilgisi, tarix kimi fənlər keçirilir ki, onlarda din, dinin tarixi, mövhumatçılıqla bağlı mövzulara toxunulur”.
Günel Hacı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət